Min bir əziyyətdən sonra axır ki ,Azərbaycan Uşaqlar Birliyinin şəxsi məkanı ərsəyə gəldi . Bu işdə zəhməti keçən hər kəsə sonsuz təşəkkür edirik . @kamalya_aqazade_official Siz çox zəhmət çəkdiniz ,hələ də çəkirsiz . Sınıq qəlblərin təsəllisi . Ağır sözdür" atılmış"! Bir neçə gündür "Bizimləsən" proqramına atılmış ata və analar gəlir , onları bir müddətlik yerləşdirib qayğılarını çəkirik . Ağır və məsuliyyətli işdir . Amma onlar böyükdürlər ,həyatın ağır üzünü yaşlı vaxtlarında yaşayırlar . Bu həyatın ən acı üzünü körpə yaşından hiss edən ,gözləri qapıda günlərlə gözləyən , ana nəvazişindən ,ata qayğısından məhrum olan bu körpələrlə çalışmaq nə qədər ağır ,nə qədər acıdır ilahi ! Bu işdə sizə dözüm ,iradə arzulayıram Kəmalə xanım . Xalqımın xeyir sevər insanlarından isə xahişim odur ki ,onları unutmayaq ! Onların bizim qayğı və dəstəyimizə ehtiyacı var ! Mən isə sözümün üsrə duraraq, məhz burda biri birilərini tanıyıb, taleyi birləşən cütıüyün toyunu edəcəm inşəAllah . Allah istəsin ! amin !